Rusiyadan siqaret gətirirdi, tutuldu

rusiyadan-siqaret-getirirdi-tutuldu
Oxunma sayı: 710

Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 21124” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin istilik sobasının altından gömrük nəzarətindən gizlədilən 2800 ədəd “NZ Gold Compact” və 2000 ədəd “Portal Gold” markalı, ümumilikdə 4800 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.