Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev ABŞ prezidenti Donald Trampın Venesueladan çıxmaq barədə verdiyi ultimatuma cavab verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, ABŞ-a qəti olaraq bir iş görmədiyi ölkələrdən uzaqlaşmağı tövsiyə edib:
“ABŞ Qərb yarımkürəsindən kənarda yerləşən və heç bir işinin olmadığı ölkələrdən uzaqlaşmalıdır. Həmin ölkələrin siyahısı isə çox böyük yer tutacaq”.
Qeyd edək ki, Tramp bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın əsgərlərini və hərbi avadanlıqlarını Venesueladan çıxarması barədə ultimatum verib.
Son xəbərlər
Son Xəbərlər