Rusiyadan Türkiyəyə gözlənilməz jest - Soçiyə dəvət edildi

rusiyadan-turkiyeye-gozlenilmez-jest
Oxunma sayı: 3433

Türkiyə xarici işlər naziri Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı XİN Şurasının Soçidə keçiriləcək iclasına dəvət edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Onun sözlərinə görə, Mövlud Çavuşoğlunun dəvət edilməsi təşkilatın sədri kimi Rusiyanın öhdəliklərinə daxildir:

“Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı XİN Şurasının iclası iyulun 1-i Soçidə keçiriləcək. İclasa təşkilatın işlərində iştirak edən bütün üzv-ölkələrin diplomatiya rəhbərləri və müşahidəçilər dəvət edilib. Müvafiq olaraq dəvət Türkiyə XİN-də də göndərilib”.