Rusiyadan Ukraynaya çağırış

rusiyadan-ukraynaya-cagiris
Oxunma sayı: 6044

Rusiya Ukrayna hərbçilərinə silahları yerə qoymaları barədə çağırış edib.

“Qafqazinfo“ xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Mariupol şəhərində yerləşən “Azovstal“ dəmir-polad zavodunda ukraynalı əsgərləri çərşənbə günü silahlarını yerə qoymağa çağırıb.

Digər tərəfdən, Rusiya aprelin 20-də “Azovstal“ fabrikinin yerləşdiyi bölgədə atəşkəs elan ediləcəyini açıqlayıb.

"Biz Mariupoldakı "Azovstal" dəmir-polad zavodunun ukraynalı əsgərlərini çərşənbə günü silahlarını yerə qoymağa çağırırıq. Aprelin 20-də "Azovstal" zavodunun yerləşdiyi bölgə üçün atəşkəs elan ediləcək".