Rusiyadan vətəndaşlarına Türkiyə ilə bağlı - - Xəbərdalıq

rusiyadan-vetendaslarina-turkiye-ile-bagli-
Oxunma sayı: 1085


 “Qafqazinfo”nun məlumatına görə, nazirliyin yaydığı məlumatda bildirilir ki, Türkiyədə baş verənlərlə bağlı olaraq bu ölkəyə səfər etmək istəyən vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur:

“Bir çox şəhərlərdə nümayişlər hələ də davam edir. Lakin bizim xarici nümayəndəliklərimizin verdikləri məlumata əsasən Rusiyadan olan turistlərin daha çox səfər etdikləri əyalətlərdə hər hansı həyəcan müşahidə olunmur. 

Rusiyanın Ankaradakı səfirliyi, İstanbul, Antalya və Trabzondakı konsulluqları situasiyaya nəzarəti davam etdirir. 

Bununla yanaşı, Rusiya vətəndaşlarına məsləhət görülür ki, sayıqlıq və təmkinliliklərini qorusunlar, etirazçıların olduqları rayon mərkəzlərindən uzaq dursunlar”.