Rusiyadan vurulan qırıcı ilə bağlı açıqlama - “Qərb ölkələri günahkardır”

rusiyadan-vurulan-qirici-ile-bagli-aciqlama
Oxunma sayı: 2952

Xəbər verdiyimiz kimi, dünən Suriyanın idlib əyalətində Rusiya Hərbi Kosmik Qüvvələrinin “Su-25” qırıcısı vurulub və pilot ölüb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, faktla bağlı Rusiyanın Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvitkin hadisədə Qərb ölkələrini günahlandırıb.

O bildirib ki, qırıcı vurularkən istifadə edilən “Manpad” daşınıla bilən zenit-raket kompleksinin kim tərəfindən verildiyi araşdırılmalıdır:

“Bu günə qədər onlarda belə bir sistem yox idi. Məlumdur ki, başqa ölkələr tərəfindən təmin ediliblər. Bu silahın mənbəyi Qərb ölkələridir”.

Qeyd edək ki, yanvarda “Kreml” sözçüsü Dmitri Peskov “Manpad” sisteminin müxalifət döyüşçülərinin ələ keçə biləcəyi barədə ABŞ-a xəbərdarlıq vermişdi.