Rusiyalı alimlər sintetik ət yaratdı

rusiyali-alimler-sintetik-et-yaratdi
Oxunma sayı: 2041

Rusiyalı alimlər labarator şəraitdə sintetik ət yaratmağa müvəffəq olublar. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, məhsul mağazalarda dörd ildən sonra satışa çıxarıla bilər.  

Mütəxəssislərin araşdırmaları iki ilə yaxın davam edib. Məhsulun 40 qramı 900 min rubldır (23919.53 AZN).

Yetişdirilən ətin hazırlanmasında 2-3 yaşlı dananın əzələ toxumasından istifadə olunub.

Ətin qiyməti bu gün alıcılar üçün yetərincə yüksəkdir və kiloqramına 90 dollar qiymət qoyulur. İstehsalı isə milyonlarla dollarla hesablana bilər. Lakin, ekspertlərin sözlərinə görə, texnologiyaların inkişafı ilə qiymət dəfələrlə düşməlidir.

Alimlər qeyd edir ki, sintetik ət insan sağlamlığı üçün heç bir təhlükə daşımır.