Rusiyanın MTV telekanalında yayımlanan “12 zəif bənd” verilişinin keçmiş aparıcısı Mixail Rolnik komaya düşüb.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, spirtli içkidən zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib. Süni nəfəs aparatına qoşulan Rolnikin vəziyyəti kritik olaraq qiymətləndirilir.
Qeyd edək ki, sabiq aparıcı və onun dostu uşaq meydançasında huşsuz vəziyyətdə tapılıb. Analiz zamanı Rolnikin qanında 4,2 promill spirtli içki aşkarlanıb. Dostu barəsində isə heç bir məlumat verilmir.
Son xəbərlər
Son Xəbərlər