Rusiyalı deputat illər əvvəl şaxtada atılmış qızı övladlığa götürüb - Video

rusiyali-deputat-iller-evvel-saxtada-atilmis-qizi-ovladliga-goturub
Oxunma sayı: 5523

NTV kanalında qonaq olan Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov maraqlı etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili Özbəkistandan olan qadının 5 il əvvəl dünyaya gətirərək çölə atdığı qızı övladlığa götürdüyünü deyib. 6 uşağı olan Milonov bildirib ki, onlardan 3-nü övladlığa götürüb. Himayəsinə aldığı sonuncu uşaq isə Yevdokiya olub. 2014-cü ildə Peterburqda işlədiyi restoranların birinin tualetində qız uşağı dünyaya gətirən ana onu şaxtalı havada skamyalardan birinin üstünə qoyaraq tərk edib.

Xoşbəxtlikdən uşaq donmadan tapılıb. Hazırda 5 yaşı olan Yevdokiya gimnastika ilə məşğul olur. Milonov övladlarının heç biri arasında fərq qoymadığını deyib.