Rusiyalı deputat koronavirusdan sağaldı

Rusiyalı deputat koronavirusdan sağaldı
Oxunma sayı: 768

Rusiya Dövlət Duması Federal Məclisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina koronavirusa qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində yazıb.

“Covid-19 testiminin neqativ nəticəsi və antitellərimlə birgə sevdiklərimə, əzizlərimə, yaxınlarıma və dostlarıma tələsirəm”, - deyə Puşkina qeyd edib. O, sağalmasında əməyi olan həkimlərinə təşəkkürünü bildirib.

Xatırladaq ki, Oksana Puşkina xəstəliyə simptomsuz yoluxmuşdu. Kompyuter tomoqrafiyası zamanı onun ciyərlərində dəyişiklik müşahidə olunmuşdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi