Rusiyalı deputat Ukraynada öldürüldü

rusiyali-deputat-ukraynada-olduruldu
Oxunma sayı: 3839

Rusiyalı deputat Dmitri İvanov Ukraynada döyüş bölgəsində öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İvanov Rusiyanın Xakasiya bölgəsindəki Ali Sovetinin Kommunist Partiyasının deputatı olub.

Bildirilib ki, o, "Vaqner" muzdlularının tərkibində döyüşlərdə iştirak edib.

Qeyd edək ki, 47 yaşlı Dmitri 2018-ci ildə Kommunist Partiyasından Xakasiya Ali Sovetinə deputat seçilib.