Rusiyalı deputat və xanımı evində öldürüldü

rusiyali-deputat-ve-xanimi-evinde-olduruldu
Oxunma sayı: 2682

Rusiya Federasiyasının Rostov vilayəti Qanunvericilik Şurasının deputatı Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşeva evlərində ölü halda tapılıblar.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Zernoqraddakı mənzillərində meyitləri tapılan deputatla xanımının bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaraları olub. Hüquq-mühafizə orqanları hadisəni araşdırır.

Qeyd edək ki, Alabuşev regionun qanunverici məclisinin deputatı, informasiya, elm, mədəniyyət və informasiya siyasəti, aqrar siyasət, təbiətin idarəolunması, torpaq münasibətləri məsələləri üzrə komitələrin üzvüdür.