Rusiyalı diplomat Berlində ölü tapılıb

rusiyali-diplomat-berlinde-olu-tapilib
Oxunma sayı: 1915

Rusiyalı diplomat Rusiyanın Berlindəki səfirliyinin binası önündə ölü tapılıb.

“Qafqazinfo” “Tagesspiegel.de”yə istinadən xəbər verir ki, hadisə oktyabrın 19-u səhər saatlarında baş verib.

Polisin verdiyi ilkin məlumata görə, ölümə səbəb hündürlükdən yıxılma olub.

Məlumata görə, 35 yaşlı diplomat 2019-cu ilin yayında ölkənin Berlindəki səfirliyində ikinci katib olaraq çalışmağa başlayıb.

Bununla belə, Almaniya mediası hesab edir ki, həmin şəxs əslində diplomat olaraq təqdim edilsə də, Rusiyanın daxili kəşfiyyatının əməkdaşı olub.

Almaniya polisi diplomatın hansı şərtlər daxilində dünyasını dəyişdiyi barədə hələ məlumata sahib deyil.

Diplomatın cəsədinin artıq Rusiyaya aparıldığı bildirilir.