Rusiyalı futbolçunun dopinq testi saxtalaşdırılıb

rusiyali-futbolcunun-dopinq-testi-saxtalasdirilib
Oxunma sayı: 914

Rusiyanın “Rostov” klubunun futbolçusu Vladimir Obuxov 4 il müddətinə diskvalifikasiya oluna bilər.

“Qafqazinfo” “championat.ru” saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu antidopinq qaydalarını pozmaqda ittiham olunur.

Bununla bağlı ali futbol qurumu FİFA-dan Rusiya Futbol İttifaqına rəsmi məktub ünvanlanıb.

Məktubda Obuxovdan 2013-cü ildə Rusiyanın gənclər yığmasının düşərgəsində olanda götürülmüş və neqativ çıxdığı deyilən dopinq testin əslində qadağan olunmuş “metandienon” maddəsinin izlərini daşıdığı vurğulanıb.