Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşdülər

rusiyali-herbciler-ermenistanda-qezaya-dusduler
Oxunma sayı: 1523

Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının iki hərbçisi qəzaya düşüb.

“Qafqazinfo” “Shamshyan” portalına istinadən xəbər verir ki, hadisə Gorus yaxınlığında baş verib. 

Qəzaya səbəb “VAZ-2107” markalı iki avtomobilin toqquşması olub. Nəticədə rusiyalı hərbçilərdən biri və digər avtomobildə olan Sünik vilayətinin sakini xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.