Rusiyalı hərbçilər Ermənistanda təlim keçdilər

rusiyali-herbciler-ermenistanda-telim-kecdiler
Oxunma sayı: 1342

Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının maddi-texniki təminat bölmələri təlim keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Cənub Hərbi Dairəsinin Mətbuat xidməti yayıb. 

Təlimlər “Alagəz” və “Kamxud” poliqonlarında baş tutub. 

Hərbçilər təlim zamanı çöl şəraitində hərbi texnikanın yanacaqla doldurulması və digər tapşırıqları yerinə yetiriblər.