Rusiyalı ifaçı azərbaycanlı anasını göstərdi - Foto

rusiyali-ifaci-azerbaycanli-anasini-gosterdi
Oxunma sayı: 3902

Rusiyanın tanınmış ifaçısı TERNOVOY (Oleq Ternovoy) sosial şəbəkə hesabında ailə fotosunu paylaşıb.

“Qafqazinfo”nun məlumatına görə, reper ata və anasının yer aldığı şəkli belə şərh edib:

“Bu məzuniyyətimi mən öz valideynlərimlə Daşkənddə keçirdim. Keçmiş, qayğısız həyatı xatırladım. İstirahət etdim, dadlı ev və milli mətbəx təamları yedim. Bu məzuniyyət mənim üçün zərurət idi, ona görə ki, ötən il çox çətin olmuşdu. Lakin bu barədə gələn dəfə və başqa yerdə. İndi isə yekun fikir – “mənim üçün ev ailəmin olduğu yerdir””.

Xatırladaq ki, TERNOVOY öz Azərbaycan kökləri barədə ötən il Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı zamanı danışmışdı: “Festival sayəsində mən ilk dəfə anam Leylanın vətəninə gəldim. O, azərbaycanlı, atam isə rusdur. Mən Daşkənddə böyümüşəm, Bakını isə həmişə görmək istəmişəm”.