Rusiyalı jurnalistlər Estoniyada saxlanıldı

rusiyali-jurnalistler-estoniyada-saxlanildi
Oxunma sayı: 688

Estoniyanın paytaxtı Tallində polis Rusiyanın “İzvestiya” nəşrinin müxbiri və operatorunu saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nəşrin teleqram kanalında bildirilir.

“Müxbir Kseniya Soldatova və operator Dmitri Timofeyev qatarda Narvadan Tallinə gedirdilər. Vaqonda onlara polislər yaxınlaşdı, qatardan düşdürdülər və polis bölməsinə apardılar”, - məlumatda deyilir.

Qeyd olunur ki, jurnalistlər Miqrasiya Xidmətinin nümayəndəsini gözləyirlər. Onların hansı səbəbdən saxlanıldığı açıqlanmır.

“Rusiyanın Tallindəki diplomatik missiyası “İzvestiya” jurnalistlərinin saxlanılması ilə bağlı vəziyyəti nəzarətdə saxlayır və onlara kömək etmək üçün bütün lazımi tədbirləri görür”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qeyd edək ki, daha əvvəl Estoniya Baş naziri Kaya Kallas Avropa İttifaqı ölkələrini Rusiya vətəndaşlarına viza verməməyə çağırmışdı.

Avqustun 15-dən isə Estoniya tərəfindən verilmiş Şengen vizası olan rusiyalıların bu ölkə ərazisinə girişi qadağan ediləcək.