İki rusiyalı yeniyetmə “Mi-8” hərbi helikopterini partlayıcı maye və siqaretdən istifadə edərək məhv edib.
“Qafqazinfo” yerli mediaya istinadən xəbər verir ki, 13 və 14 yaşlı məktəblilər helikopterin yerləşdiyi meydançaya daxil olub.
Ardınca onun üzərinə yanan maye səpiblər. Sonra oğlanlar siqaret çəkmək qərarına gəlib. Onlardan biri yanan tütün məhsulunu helikopterin üzərinə atan zaman partlayış baş verib.
Yeniyetmələr ağır yanıq xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.
Onlar ifadələrində bunun üçün naməlum şəxsdən tapşırıq aldıqlarını və qarşılığında onlara 5 milyon rubl (təxminən 93 min AZN) vəd edildiyini bildiriblər.