Rusiyalı merdə koronavirus aşkarlandı

rusiyali-merde-koronavirus-askarlandi
Oxunma sayı: 1255

Rusiyanın Xantı-Mansi muxtar dairəsinin Surqut şəhərinin meri Vadim Şuvalov koronavirusa yoluxub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə o, “VKontakte” hesabı vasitəsilə məlumat verib.

“Mən Surqut dairə klinik xəstəxanasına hospitəlizə olunmuşam, etibarlı əllərdəyəm”, - Şuvalov sosial şəbəkədə yazıb.

Merin sözlərinə görə, onun son iki həftə ərzində ünsiyyət qurduğu şəxslərin kimliyi müəyyənləşdirilib, onların hamısı nəzarət altına götürülüb.

Onun səlahiyyətlərini isə müvəqqəti olaraq müavini Aleksey Jerdyov icra edəcək.