Rusiyalı məşhurlar nə qədər təqaüd alır?

rusiyali-meshurlar-ne-qeder-teqaud-alir
Oxunma sayı: 2921

Rusiyanın Pensiya Fondunun məlumatlarına əsasən, ölkədə ən yüksək təqaüdü Çukot Muxtar Dairəsinin sakinləri alır – ayda 24,3 min rubl (645.12 AZN). Moskva və ya Sankt-Peterburqda yaşayan bəzi məşhurların təqaüdləri isə Uzaq Şimal sakinlərinin aldığından çoxdur.

“Qafqazinfo” “Arqumentı i faktı”ya istinadən rusiyalı məşhurların aylıq təqaüd məbləğlərini təqdim edir:

Əməkdar artist Boris Moyiseyev – 50 min rubl (1327.42 AZN)

Əməkdar artist Svetlana Svetliçnaya – 50 min rubl (1327.42 AZN)

SSRİ Xalq artisti Alla Puqaçova – 47 min rubl (1247.77 AZN)

Əməkdar artist Alyona Sviridova – 41 min rubl (1088.48 AZN)

Müğənni Lolita Milyavskaya – 21 min rubl (557.51 AZN)

RSFSR Xalq artisti Mixail Boyarski – 20 min rubl (530.97 AZN)

Teleaparıcı Roza Syabitova – 14 min rubl (371.68 AZN)