Rusiyalı müğənni dünyasını dəyişdi

rusiyali-mugenni-dunyasini-deyisdi
Oxunma sayı: 9729

Rusiyanın Əməkdar artisti, müğənni Valentina Leqkostupova 54 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə onun qızı Anetta Bril sosial şəbəkə hesabında məlumat verib.

“Bu gün saat 15:30-da dünyanın ən yaxşı anası, qızı və nənəsi olan gözəl işıqlı adam dünyadan köçdü”, - instaqramda Leqkostupovanın fotosunu paylaşan Bril yazıb.

Qeyd edək ki, avqustun 6-da qızı Leqkostupova və onun həyat yoldaşı Yuri Firsovu Narkoloji Klinikaya aparmışdı. Buna səbəb Brilin onları sərxoş vəziyyətdə mənzildə tapması olmuşdu. Avqustun 8-nə keçən gecə vəziyyəti pisləşən müğənni başqa xəstəxanaya aparılmışdı və onda kəllə-beyin zədələnməsi aşkarlanmışdı. Sənətçi komaya düşmüş, hematomun çıxarılması üçün əməliyyat keçirmişdi.

Valentina Leqkostupova – sovet-rus estrada müğənnisi, Rusiyanın Əməkdar artisti, “Yaqoda-malina” hitinin ifaçısıdır.