Rusiyalı rejissor koronavirusdan vəfat etdi

rusiyali-rejissor-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 1433

Rusiyalı rejissor, operator və senarist Sergey Litovets 58 yaşında koronavirusdan vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə onun həmkarı Nataliya Ququyeva Feysbuk hesabında məlumat verib.

“Aprelin 12-dən o, reanimasiyada COVID-19 və onun nəticələri ilə mübarizə aparırdı, amma bacarmadı...”, - o yazıb.

Ququyevanın sözlərinə görə, mərhumun həyat yoldaşı Tatyana və oğlu Saşa da həmin xəstəxanada COVID-19-dan müalicə olunurlar.