Rusiyalı rəsmi Poroşenkonu təhqir etdi

Rusiyalı rəsmi Poroşenkonu təhqir etdi
Oxunma sayı: 840

“Ukraynanın məğlub olmuş prezidenti Petro Poroşenko öz postundan gedənə qədər ölkə üçün heç bir ciddi qərar qəbul etməyəcək”. 

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

Diplomatın sözlərinə görə, nəzəri cəhətdən Ukrayna liderinin “sürpriz” edəcəyi ehtimalı var: “Lakin faktiki olaraq Ukraynada hər kəs başa düşür ki, prezident hətta “çılpaq ördək” deyil, o, “ayaqsız ördək”dir”.

D. Polyanski yeni prezident Vladimir Zelenski barədə danışaraq keçmiş hökumət üzvləri ilə işləməyin ona çətin olacağını söyləyib.