Rusiyalı səfir Çavuşoğlu ilə görüşdü

rusiyali-sefir-cavusoglu-ile-gorusdu
Oxunma sayı: 872

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə diplomatik missiyanın məlumatında deyilir. Bildirilir ki, görüş zamanı tərəflər bir sıra beynəlxalq və ikitərəfli məsələləri müzakirə ediblər. 

Bu arada, fevralın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri və orada ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparması planlaşdırılır.