Rusiyalı səfir vəfat etdi

rusiyali-sefir-vefat-etdi
Oxunma sayı: 4931

Rusiyanın Mozambikdəki səfiri Aleksandr Surikov Maputoda vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi TASS-a bildirib.

“Rusiyanın Mozambikdəki səfiri Surikov Maputoda qəflətən dünyasını dəyişib”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 68 yaşlı diplomat Rusiya Prezidenti Vladimir Putinin 29 iyul 2017-ci il tarixli 348 nömrəli fərmanı ilə ölkənin Mozambikdəki səfiri təyin edilib.