“Rusiyalı sərhədçilər Sünikdə (Zəngəzur – red.) Nerkin Xand kəndi yaxınlığında sərhədyanı zonadan çıxarılıb”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sünik vilayətinin qubernatoru Robert Qukasyan deyib.
Onun sözlərinə görə, rusiyalı sərhədçilər bir sıra digər ərazilərdə də postlarını bağlayıblar.
Qeyd edək ki, rusiyalı hərbçi və sərhədçilərin Ermənistanın bir sıra vilayətlərindən çıxarılması mayın 8-də Moskvada Rusiya və Ermənistan liderlərinin görüşü zamanı razılaşdırılıb.