Rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi başa çatdı

rusiyali-sulhmeramlilarin-qarabagda-yerlesdirilmesi-basa-catdi
Oxunma sayı: 2645

Rusiyalı sülhməramlı kontingentin Dağlıq Qarabağda yerləşdirilməsi prosesi tam başa çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin keçirdiyi onlayn iclasda deyib.

“Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi başa çatıb və tapşırıqların icrasına başlanılıb”, - deyə Şoyqu bildirib. 

Onun sözlərinə görə, bölgəyə ümumilikdə 250 təyyarə eniş edib, 1960 hərbçi və 552 texniki vasitə daşınıb. 23 müşahidə postu qurulub, Laçın dəhlizi və Xankəndiyə gedən yolun 28 kilometr hissəsi minalardan, partlayıcı qurğulardan, vurulmuş texnikalardan tam təmizlənib.