Rusiyalı turistlər Antalyada naməlum virusa yoluxub

rusiyali-turistler-antalyada-namelum-virusa-yoluxub
Oxunma sayı: 1802

Antalyanın Belek kurort bölgəsində rusiyalı turistlər naməlum virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “SHOT” teleqram kanalı yayıb. 

Məlumata görə, bir neçə turist 39 dərəcədən yüksək temperatur ilə xəstəxanaya müraciət edib. Bildirilib ki, xəstəliyin kəskin mərhələsi 4-5 gün davam edir, bundan sonra isə xəstələnmiş şəxs özünü mütəmadi olaraq yaxşı hiss etməyə başlayır. 

Söhbətin konkret olaraq hansı virusdan getdiyi qeyd olunmasa da, rusiyalı turistlərin koksaki və yaxud koronavirusun yeni növünə yoluxması ehtimal edilir. Bəzi uşaqların əl və ayaqlarında səpkilər də yaranıb.

Türkiyəli həkimlər isə həmin pasiyentlərə kəskin infeksiya diaqnozu qoyub.