Rusiyalı turistlər Antalyada qəzaya düşdü - 9 yaralı + Video

rusiyali-turistler-antalyada-qezaya-dusdu
Oxunma sayı: 1512

Türkiyənin Antalya şəhərində turistləri daşıyan avtobusla minik avtomobili toqquşub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 9 nəfər yaralanıb.

Onlardan üçünün Rusiya vətəndaşı olduğu bildirilir. 

Yaralılara hadisə yerində ilkin yardım göstərildikdən sonra xəstəxanalara göndəriliblər.