Rusiyalı və erməni rəsmilər sərhəddəki vəziyyəti müzakirə etdi

rusiyali-ve-ermeni-resmiler-serheddeki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 888

İrəvanda Ermənistan və Rusiyanın Təhlükəsizlik Şuralarının katibləri Armen Qriqoryan və Nikolay Patruşev arasında görüş keçirilib.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, Armen Qriqoryan görüş zamanı rusiyalı həmkarını Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, delimitasiya komissiyasının işi, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesi barədə məlumatlandırıb.

Xatırladaq ki, N. Patruşev KTMT Təhlükəsizlik Şurası katiblərinin komitəsinin növbəti iclasında iştirak etmək üçün İrəvana səfər edib.