Rusiyalı Xalq artisti koronavirusdan öldü

rusiyali-xalq-artisti-koronavirusdan-oldu
Oxunma sayı: 2166

Rusiyanın Xalq artisti Vladimir Kaçan 74 yaşında dünyasını dəyişib.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, aktyor-yazıçı koronavirusdan dünyasını dəyişib. Bu barədə "Müasir pyeslər məktəbi" teatrının bədii rəhbəri İosif Rayhelhauz bildirib.

Onun sözlərinə görə, aktyorla vida mərasimi teatrda təşkil ediləcək.