Rusiyalı xilasedicilər Türkiyədən geri döndülər

rusiyali-xilasediciler-turkiyeden-geri-donduler
Oxunma sayı: 2574

Rusiyalı xilasedicilər Türkiyədə zəlzələ bölgəsində işlərini bitirərək geri dönüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi öz teleqram kanalında açıqlayıb.

Məlumata görə, fevralın 7-dən Türkiyə vilayətlərində 150-dən çox rusiyalı xilasedici çalışıb.

Qeyd edək ki, daha əvvəl Türkiyədə axtarış-xilasetmə işlərində iştirak edən İspaniya, Almaniya, Slovakiya və Bolqarıstan xilasediciləri də ölkələrinə geri dönüb.