Rusiyalılar Putinə Müdafiə Nazirliyindən rekord sayda şikayət edib

rusiyalilar-putine-mudafie-nazirliyinden-rekord-sayda-sikayet-edib
Oxunma sayı: 1749

Ukraynadakı müharibə zamanı rusiyalılar ölkə Prezidentinə Müdafiə Nazirliyi ilə bağlı milyondan çox şikayət göndəriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Azadlıq radiosu”nun Rusiya xidməti yayıb.

Məlumata görə, bu, müharibədən əvvəlki göstəricidən 6 dəfə çoxdur.

Belə ki, Rusiya vətəndaşlarının şikayətləri əsas olaraq hərbi komissarlıqların işi, müqavilə əsasında xidmət edənlərə verilən ödənişlər, itkin düşənlərin axtarılması məsələsi ilə bağlı olub.