Rusiyalını güllələyən Azərbaycan vətəndaşları saxlanıldı

rusiyalini-gulleleyen-azerbaycan-vetendaslari-saxlanildi
Oxunma sayı: 1093

Rusiya polisi 39 yaşlı Nijnevatovsk sakinini öldürməyə cəhddə şübhəli bilinən 3 nəfəri saxlayıb. 

“Qafqazinfo”nun “Znak.com”a istinadən xəbərinə görə, saxlanılan şəxslərdən ikisi Azərbaycan vətəndaşı, digəri isə Nijnevatovsk sakinidir. Onlar cinayət əməlindən sonra Moskva və Dağıstanın Kaspiysk şəhərində yaxalanıblar. 

İlkin məlumata görə, hadisə yanvarın 28-də Nijnevatovskda baş verib. Həmin gün silahlı şəxslər Marşal Jukov küçəsindəki evlərdən birinin həyətində 39 yaşlı şəhər sakininə atəş açaraq hadisə yerindən qaçıblar. 

Hər üç şəxsə qarşı “Öldürməyə təşəbbüs” maddəsi üzrə cinayət işi açılıb, faktla bağlı araşdırmalar aparılır.