Rusiyanı “ağıllandırmaq planı” işə düşür

rusiyani-agillandirmaq-plani-ise-dusur-
Oxunma sayı: 2171


Ştrayter onu da deyib ki, Merkel  faciə baş verən ərazidə cəsədlərin tanınması, xarici ekspetlərin hadisə yerinə getməsi ilə əlaqədar problemlərin olduğunu da qeyd edib. 

Almaniya kansleri Putini, Rusiya xüsusi xidmət orqanlarının rəhbərlik etdiyi Ukraynadakı rusiyameyilli qüvvələrə ciddi təsir göstərməməkdə günahlandırıb.

Bütün bunlara görə də, Merkel  Avropa Birliyi Xarici İşlər nazirlərinin  Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi və genişləndirilməsi ilə bağlı son qərarını dəstəklədiyini bəyan edib.

Xatırladırıq ki, Ukrayna hadisələrindən təyyarə faciəsinə qədər olan müddətdə  Merkel  həmişə rəsmi Moskvaya, başqa  dövlət və hökumət başçılarından fərqli olaraq, daha loyal münasibəti ilə seçilib. Görünür, Malayziya təyyarəsinin faciəsi siyasi mənzərəyə və münasibətlərə daha çox aydınlıq gətirib.