Rusiyanı iki həftəyə 700 min insan tərk edib?

rusiyani-iki-hefteye-700-min-insan-terk-edib
Oxunma sayı: 1316

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mediada qismən səfərbərlik elan olunandan sonra Rusiyanı 700 min nəfərin tərk etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Peskov bu barədə məlumatları ciddiyə almamağı tövsiyə edib.

Bununla belə, o qeyd edib ki, ölkəni tərk edən rusiyalıların dəqiq sayı barədə məlumata sahib deyil: “Lakin ölkəni tərk edənlərin sayı mediada qeyd ediləndən daha azdır”.