“Rusiyanı Kramatorsk və Buçadakı cinayətlərə görə tribunal gözləyir” - Zelenski

rusiyani-kramatorsk-ve-bucadaki-cinayetlere-gore-tribunal-gozleyir
Oxunma sayı: 1915

Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, o, Rusiyanın işğalına qarşı 44 günlük müqavimətin yekunlarına görə ukraynalılara müraciət edib.

“Buçadakı qırğınlar kimi, Rusiyanın bir çox digər hərbi cinayətləri kimi, Kramatorska raket hücumu da tribunalda səsləndirilən ittihamlardan biri olmalıdır ki, bu, mütləq olacaq”, - deyə Zelenski bildirib.