Rusiyanı Trampın inaqurasiyasında o təmsil edəcək

rusiyani-trampin-inaqurasiyasinda-o-temsil-edecek
Oxunma sayı: 1646

Rəsmi Moskvanı ABŞ-ın seçilmiş prezidenti Donlad yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimində Rusiyanın Amerikadakı səfiri Sergey Kislyak təmsil edəcək.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən olan mənbə bildirib.

“Protokol qaydalarına zidd heç nə baş verməyəcək”, - deyə mənbə söyləyib.

Xatırladaq ki, D. Tramp 2016-cı il noyabrın 8-də keçirilən prezident seçkilərində qalib gəlib.