Rusiyanın 16 yaşlı idmançısından sensasiya - Fotolar

rusiyanin-16-yasli-idmancisindan-sensasiya
Oxunma sayı: 6573

Rusiyalı 16 yaşlı tennisçi Mirra Andreyeva sensasiyaya imza atmaqla dünyanın gündəminə düşüb.

“Qafqazinfo” xəbər verir ki, o, Avstraliya Açıq çempionatında dünya reytinqinin 6-cısı Ons Jaberi məğlub edib. 

M.Andreyeva rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Ons Jaber dünyanın ən tanınmış qadın tennisçilərindən biridir. Tunisli raketka ustası “Uimbldon”, “Avstraliya Open”, US Open turnirlərində final və yarımfinallarda çıxış edib.