Rusiyanın 20-dən çox hücumunun qarşısı alındı

rusiyanin-20-den-cox-hucumunun-qarsisi-alindi
Oxunma sayı: 2105

Aprelin 10-da Ukrayna Müdafiə Qüvvələri Rusiyanın 20-dən çox hücumunun qarşısını alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya daha çox Liman, Baxmut, Avdeyevka və Marinsk istiqamətlərində hücum əməliyyatlarının aparılmasına davam edir.

Əlavə olunub ki, Avdeyevka uğrunda qızğın döyüşlər gedir.