Rusiyanın 27 diplomatı ABŞ-ı tərk edəcək

rusiyanin-27-diplomati-abs-i-terk-edecek
Oxunma sayı: 2269

27 Rusiya diplomatı ABŞ-ı tərk edəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.

"Diplomatlarımız qovulur. Yanvarın 30-da 27 nəfər ailəsi ilə birlikdə bizi tərk edəcək, iyunun 30-da isə analoji sayda adam gedəcək", - o, Rusiya mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, diplomatların həyat yoldaşlarından akkreditasiya götürülür, uşaqlarına viza verilmir.

Antonov bunu ailələrin ayrılması siyasəti adlandırıb və qeyd edib ki, ABŞ ailə ənənələrinə hörmət etdiyini bəyan edir.

O, ABŞ-ın Rusiya ilə münasibətlərə yanaşmasını birtərəfli adlandırıb:

“Çünki Vaşinqton Moskva ilə yalnız onu maraqlandıran məsələləri müzakirə edir”.

Antonov vurğulayıb ki, ABŞ-ın sanksiya siyasəti dəyişmir.