Moskvanın iki, o cümlədən Yekaterinburq və Tümenin əsas aeroportlarında həyəcan siqnalı eklan edilib.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, buna səbəb Soçi aeroportunda uçuş xəttində təyyarəyə məxsus əylənc hissəsinin aşkarlanmasıdır.
Soçidəki həmin uçuş xəttindən qalxan təyyarələr Moskva, Yekaterinburq və Tümenə uçublar. Bu aeroportlarda bütün xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.
Son məlumata görə, Yekaterinburqa uçan təyyarə artıq eniş edib və hər hansı problem üzə çıxmayıb. Həmin təyyarədə hər hansı çatışmazlıq aşkarlanmayıb.
Son xəbərlər
Son Xəbərlər