Rusiyanın 41 şirkətinə də sanksiya tətbiq edildi

rusiyanin-41-sirketine-de-sanksiya-tetbiq-edildi
Oxunma sayı: 1797

Yaponiya Rusiyanın 41 şirkət və təşkilatına sanksiyalar tətbiq etməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumat xarici KİV-də yayılıb.

Bildirilib ki, sözügedən qərarı Yaponiya Nazirlər Kabineti dərc edib.

Sanksiyaya məruz qalan şirkətlər sırasında Obuxov zavodu, S.V.İlyuşin adına Aviasiya Kompleksi, “Tupolev”, “Alrosa”, “Almaz-Antey” konserni, Çelyabinsk Traktor Zavodu və digərləri yer alıb.