Rusiyanın 67 regionu turizm üçün açıldı

rusiyanin-67-regionu-turizm-ucun-acildi
Oxunma sayı: 3049

Rusiyada koronavirusa qoyulan əsas məhdudiyyətlərin götürülməsi ilə kütləvi turizm mövsümü  başlayır.

“Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, iyulun 1-dən etibarən Rusiyanın 67 bölgəsinin turistik səfərlər üçün açıldığı elan olunub.

Əksər bölgələrdə otellərdə və ya kurortlarda qonaqlama zamanı arayış tələb olunmasa da ümumi təhlükəsizlik qaydaları tətbiq olunmağa davam edir.

Bununla yanaşı, “Rosturizm” xəbərdarlıq edib ki, ölkədə epidemioloji təhlükəsizliklə bağlı vəziyyət sürətlə dəyişir, bu səbəbdən insanlar bölgələrdəki vəziyyətlə bağlı aktual məlumatları daim izləməlidir.