“Rusiyanın ABŞ-ın yardımına ehtiyacı yoxdur” - Antonov

rusiyanin-abs-in-yardimina-ehtiyaci-yoxdur
Oxunma sayı: 1638

Rusiyanın ABŞ-ın xidmətlərinə və ya yardımına ehtiyacı yoxdur, lakin qarşılıqlı faydalı əlaqələrin qurulması üçün hörmət tələb edir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Montereydə Middlberi Beynəlxalq Araşdırmalar İnstitutunun tələbələri qarşısında videoformatda çıxış edərkən bildirib.

“ABŞ-ın hər hansı xüsusi xidmətlərinə və ya yardımına ehtiyacımız yoxdur, lakin qarşılıqlı faydalı əlaqələrin qurulması üçün hörmət tələb edirik. Maraqlarımızın nəzərə alınacağını gözləyirik”, - diplomat vurğulayıb.

“Hazırkı turbulent qlobal şəraitdə biz rusiyalılar və amerikalıların təhlükəsizliyi və inkişafı naminə əməkdaşlıq etməyi öyrənməliyik. Rusiya tərəfi belə işə hazırdır”, - Antonov bəyan edib.