“Qafqazinfo” xəbər verir ki, APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bu barədə “Prava sprava” İctimai Birliyin rəhbəri Dmitri Snegiryov bildirib. Onun sözlərinə görə, bu məlumatı ona hadisənin şahidləri olmuş yerli sakinlər və onun rəhbəri olduğu təşkilatın üzvləri təqdim ediblər.
“İndi (yerli vaxtla 21.00, Bakı vaxtı ilə 23.00-da) Rusiyanın 20 ədəd ağır hərbi texnikasından ibarət karvanı Rusiya sərhədində yerləşən Severnıy qəsəbəsi istiqamətindən Luqansk vilayətinə daxil olub. Karvan əksəriyyəti “Qrad” reaktiv yaylım atəş sistemi olan 20-dək ağır texnikadan ibarətdir. Karvan Suxodolskdan Ukrayna ordusunun nəzarəti altında olan Novosvetlovka istiqamətində hərəkət edir”, deyə Snegiryov bildirib.
Son xəbərlər
Son Xəbərlər