Azərbaycan əsilli müğənni-repçi Jah Khalibin ( Bəxtiyar Məmmədov) Bakıda solo konserti baş tutub. “Qafqazinfo” xəbər verir ki, Jah Khalib tez-tez Azərbaycana gəlsə də, o, ilk dəfə Bakı Konqres Mərkəzinin səhnəsində çıxış edib.
“Твои сонные глаза”, “Мамасита”, “Медина” kimi hitlərin səsləndiyi musiqili gecədə maraqlı anlar yaşanıb. Belə ki, repçinin anası Ləzzət Məmmədova konsert üçün Qazaxıstandan Bakıya gəlib. Bu məqamda bildirək ki, 25 yaşlı ifaçı anasına “А я ее” bəstəsini həsr edib.
Bundan əlavə, konsertdə Bəxtiyar qeyd edib ki, insanlara qarşı hisslərini musiqi ilə ötürmək əsas məqsədidir.





Son xəbərlər
Son Xəbərlər