Rusiyanın beş regionunun rəhbəri istefa verdi

rusiyanin-bes-regionunun-rehberi-istefa-verdi
Oxunma sayı: 3301

Mayın 10-da Rusiyanın beş regionunun rəhbəri istefa verib və onlar daha bir müddətə namizədliklərini irəli sürməyəcəklərini bəyan ediblər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, onlar Tomsk, Kirov, Saratov Ryazan vilayətlərinin və Mari El Respublikasının qubernatorlarıdır. Rusiya Prezidenti Vladimir Putin beş regiona müvəqqəti rəhbərlər təyin edib. 

“Rosstat”ın rəhbəri Pavel Malkov Ryazan vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. Əvvəllər rayonun rəhbəri Nikolay Lyubimov olub.

Saratov vilayətinin qubernatoru vəzifəsinin müvəqqəti icrası Roman Busarginə tapşırılıb. O, Valeri Radaevi əvəzləyib.

Kremlin referenti Aleksandr Sokolov Kirov vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. Ondan əvvəl regionun rəhbəri vəzifəsini İqor Vasilyev tutmuşdu.

Əvvəllər Kremlin daxili siyasət departamentinin rəis müavini olmuş Vladimir Mazur Tomsk vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. O, Sergey Jvaçkini əvəz edəcək.

Mari Elin rəhbəri səlahiyyətlərini Yuri Zaytsev icra edəcək. Bundan əvvəl bölgəyə Aleksandr Yevstifeyev rəhbərlik edirdi.