“Rusiyanın beynəlxalq aviareysləri açacağı tarix məlum deyil” - Kreml

rusiyanin-beynelxalq-aviareysleri-acacagi-tarix-melum-deyil
Oxunma sayı: 2504

Rusiyada beynəlxalq aviareyslərin bərpa olunacağı dəqiq tarix hələ ki, məlum deyil.

“Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Hələ ki, dəqiq tarixlər yoxdur”,- deyə o, bildirib. Bununla belə Peskov aviareyslərin bərpa mövzusunun gündəmdə olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Baş Naziri Mixail Mişustin vətəndaşları tətillərini Rusiyada planlaşdırmağa çağırıb. Onun sözlərinə görə, bir çox ölkədə məhdudiyyətlərin qaldırılmasına baxmayaraq, səyahət zamanı turistlərdə koronavirus aşkarlanmayacağına dair heç bir zəmanət yoxdur.